Kənani:
Azərbaycan Respublikası ilə əlaqələrimiz düzgün istiqamətdədir
Azərbaycan Respublikası ilə əlaqələrimiz düzgün istiqamətdədir və elə bu minvalla da irəliləyəcək. Bunu, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi öz həftəlik brifinqində bildirib.
Nasir Kənani İranın Azərbaycan Respublikası ilə əlaqələri, bu ölkənin Tehrandakı səfirliyinin yenidən açılması və səfirlərin təyini barədə belə deyib: Azərbaycan Respublikası ilə əlaqələrimiz düzgün istiqamətdədir və elə bu minvalla da irəliləyəcək. Səfirliyin yenidən açılması da ortaq razılaşmalar çərçivəsində həyata keçiriləcək və təbi ki, səfirlərin təyini də elə bu çərçivədə reallaşacaq.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Beynəlxalq Ədalət Məhkəməsinin İsrail rejiminə qarşı rəyi barədəki sualın cavabında belə deyib: Dünya ictimaiyyəti sionist rejimin törətdiyi cinayətlərlə bağlı qanuni və əxlaqi məsuliyyət daşıyır. Belə bir halda, bu rejim nəinki sözügedən rəyə məhəl qoymayıb, əksinə, Qəzzədəki bombardmanlarını şiddətləndiribdir.
Kənani əlavə edib: Sionist rejim hazırda soyqırımın qarşısının alınması maddəsini pozmaqda ittiham olunur. Bu rejim canilərinin Beynəlxalq Ədalət Məhkəməsində məhkəmə işinə malik olmalarına əsasən və sözügedən məhkəmənin sionist rejimin Rəfəhdəki cinayətlərinin dayandırılmasını istədiyi halda, həmçinin bütün beynəlxalq təşkilatların bu rejimin Qəzzədəki cinayətlərinin dayandırılmasını istədiklərinə görə, daha/ bu sahədə hər hansı bir bəhanə qəbuledilməzdir və Qəzzədəki müharibə dərhal dayandırılmalıdır.
Kənani vurğulayıb: Amerika hökumətinin Beynəlxalq Ədalət Məhkəməsinin tutduğu mövqeyə və verdiyi hökmə olan yanaşmasından tamamilə aydın olur ki, Amerika hökuməti hələ də özünü hüquqi və beynəlxalq orqanlara öhdəlikli hesab etmir və özünü tam şəkildə sionist rejimin və onun cinayətlərinin hamisi sayır.
Kənani Iranla Türkiyənin su həmkarlıqları, həmçinin Türkiyə ilə İraq arasında iki ölkənin ortaq suları sahəsində əldə olunmuş razılaşmalar, eləcə də bu razılaşmaların dolayısı ilə İrana hansı təsiri göstərə biləcəyi barədə də danışıb: Su məsələsi regional məsələlərdə mühüm ekoloji mövzulardandır.
Su məsələləri və İraqla Türkiyə arasındakı ortaq sərhəd su ehtiyatları və su ilə bağlı məsələlər də müzakirə olunan mühüm və qədim mövzulardan olub və bəzi hallarda İranla Türkiyə arasında ixtilaf halı olubdur. Biz bu bölgədə olan İran İslam Respublikası kimi/ su və bu çərçivədə əldə olunan razılıqlarla əlaqədar məsələlərdə həm regional ətraf mühit nöqteyi-nəzərindən, həm də İran İslam Respublikasının maraqları cəhətdən, xüsusi baxışa malikik. Biz həssaslıq və diqqətlə bu məsələlərə daxil olur və öz baxışımızı irəli sürürük. İran İslam Respublikasındakı əlaqədar orqanlar, o sıradan energetika nazirliyi və ətraf mühit təşkilatı da bu məsələlərə diqqət yetirirlər. Bu orqanlar da lazım olan halda onlara daxil olurlar. Biz ölkələrin razılaşmalarını alqışlayır və onu region ölkələrinin ekoloji məsələlərə olan məsuliyyətləri hesab edirik.