Kənani:
Sionist rejim Amerikanın dəstəyi ilə cinayət törətməklə məşğuldur
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, terrorçu və irqçi sionist rejimi onilliklərdir Qərbin, xüsusilə də Amerika administrasiyasının tam dəstəyi ilə Fələstin xalqının əsas, təbii və insani haqlarını açıq-aşkar və sistemli şəkildə pozur və insanlığa qarşı cinayət törədir.
Nasir Kənani X sosial şəbəkəsində yazıb: "Sionist rejim 10 ay ərzində Qəzzə zolağında 40 min günahsız Fələstin vətəndaşını, o cümlədən 15 minə yaxın uşağı qətlə yetirib, 100 mindən çox insanı yaralayıb, minlərlə insan isə dağıntılar altında basdırılmış və itkin düşmüşdür. O, zaman Amerika hakimiyyəti həyasızcasına fələstinliləri və müqavimət qruplarını “terrorçu” kimi qələmə verir, Amerika rəhbərliyi İsraili “terrorçulara” qarşı müdafiə etməyə sadiq olduğunu bildirir!
İranın diplomatiya aparatının sözçüsü əlavə edib: "Amerika administrasiyası boş və saxta məntiqi ilə fələstinlilərin soyqırımını maliyyə, hərbi və siyasi cəhətdən dəstəkləyir. Terrorçu və İrqçi sionist rejim onilliklər dir Qərbin, xüsusən də Amerika administrasiyasının dəstəyi ilə Fələstin xalqının əsas, təbii və insani haqlarını açıq-aşkar və sistematik şəkildə pozmaq və insanlığa qarşı cinayət törətməklə məşğuldur. Bu, Amerika administrasiyası üçün nəinki daimi və silinməz rüsvayçılıqdır, həm də qanuni şəkildə təqib edilə bilən beynəlxalq məsuliyyətdir"!
Soyqırımçı sionist rejim 2023-cü il 7oktyabrdan bəri ABŞ və bəzi digər Qərb dövlətlərinin tam dəstəyi ilə Qəzzə zolağında və İordan çayının qərb sahilində müdafiəsiz və məzlum Fələstin xalqına qarşı kütləvi qırğına başlayıb. Beynəlxalq ictimaiyyətin və insan haqları qurumlarının işğalçı İsrail rejiminin cinayətləri qarşısında susması da bu, qeyri-qanuni rejimin döyüş maşını tərəfindən fələstinli qadın və uşaqların öldürülməsinin davam etməsinə səbəb olub.