Ərbəin zəvvarları ilk dəfə İraqın Bəsrə şəhərinə dəniz yolu ilə gediblər
İmam Hüseyn (ə) Ərbəini zəvvarlarından 320 nəfər ilk dəfə olaraq, sərnişin daşıyan gəmi ilə İranın cənubundakı Xürrəmşəhr limanından İraqın cənubundakı Bəsrə limanına yola düşüblər.
Xuzistan vilayətində Ərbəin qərargahının komandiri Vəliullah Həyati İRNA-nın müxbirinə deyib ki, iki dost və qonşu ölkə İran və İraqın əməkdaşlığı ilə bu gün cümə axşamı Ərbəin zəvvarları üçün dəniz yolu rəsmi olaraq açılıb. Zəvvarların dəniz vasitəsilə hərəkəti ravan, sakit və asan olub və görülən tədbirlərlə Hüseyn Ərbəini zəvvarları dəniz yolu ilə heç bir problem olmadan Ətəbati-Aliyata gediblər.
Xürrəmşəhrin Limanlar və Dənizçilik İdarəsinin baş direktoru Əli Əskəri də bu dəniz səfərinin 45 dəqiqə ilə bir saat 15 dəqiqə arasında davam etdiyini bildirib.
Əskəri əlavə edib ki, hər bir gəminin tutumu 320 nəfərdir və ziyarətçilərin tələbi ilə bu səfərlərin sayı artacaq.