İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi tezliklə imzalanacaq
https://azeri.sahartv.ir/news/İran-i413676-İran_və_rusiya_arasında_hərtərəfli_əməkdaşlıq_sazişi_tezliklə_imzalanacaq
İran İslam Respublikasının Moskvadakı səfiri Kazim Cəlali yaxın vaxtlarda İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədinin imzalanacağını açıqlayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 15, 2024 12:10 Asia/Baku
  • İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi tezliklə imzalanacaq

İran İslam Respublikasının Moskvadakı səfiri Kazim Cəlali yaxın vaxtlarda İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədinin imzalanacağını açıqlayıb.

İranın Moskvadakı səfiri Kazim Celali verdiyi açıqlamada bildirib ki, İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq sənədinin layihəsi İran və Rusiya Xarici İşlər Nazirliklərinin Hüquq İdarələri tərəfindən araşdırılıb və bu sənəd tezliklə iki ölkə prezidentləri tərəfindən imzalanacaq.

İran səfiri həmçinin deyib: "Rusların MİR ödəniş sistemi altı ay ərzində İranda fəaliyyətə başlamağı hədəfləyir". 

İran səfiri regionda baş verən son hadisələrə toxunaraq, deyib: "İran hər cür təcavüzə qarşı durmaqda qərarlıdır və İsrail əlbəttə ki, öz hərəkətlərinin nəticəsini görəcək və İran İslam Respublikası HƏMAS liderinin Tehranda terror edilməsinin qisasını mütləq sionist rejimdən alacaq".