İran Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni Pakistan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Əli Baqiri Kəni cümə axşamı günü X hesabında Urdu dilində yazdığı mesajda Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Darı, eləcə də qonşu ölkənin hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
O, yazıb: "Pakistanın xarici işlər nazirinə və hörmətli Pakistan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm".
Bununla əlaqədar olaraq, Tehranda Pakistan Evində Pakistanın müstəqilliyinin 78-ci ildönümü münasibəti ilə rəsmi mərasim keçirilib.
İranda yaşayan Pakistan icmasının üzvlərinin, həmçinin Pakistan səfirliyinin rəsmilərinin iştirak etdiyi bu mərasimdə Pakistan prezidentinin və baş nazirinin mesajları oxunub.