Atəşkəs danışıqlarının İranın İsmayıl Həniyyənin terroruna cavabı ilə əlaqəsi yoxdur
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Tehranın İran İslam Respublikasının rəsmi qonağı olan şəhid İsmayıl Həniyyənin terroruna cavabının Qəzzə müharibəsi üzrə atəşkəs müzakirələrilə əlaqəsi yoxdur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün öz həftəlik brifinqində vurğulayıbdır ki: İran müharibənin dayandırılması və atəşkəs üzrə ən mühüm regional və qlobal hami olub və vardır və bu istiqamətdə atılacaq addımları himayə etməkdə davam edəcək.
O, sonra belə söyləyib: İsrail rejimi göstərdi ki, müharibənin dayandırılması və atəşkəsin bərqərarını istəmir. Son müzakirələrdən sonrakı reaksiyalar da elə bunu göstərir.
Qəzzə müharibəsində atəşkəsin dərhal bərqərar edilməsinə təkid edən Kənani əlavə edib: Şübhə yoxdur ki, sionist rejimin cinayətlərinin davam etməsi Amerikanın təzyiqlərinin təsiri altında dünya ictimaiyyətinin, xüsusən də BMT Təhlükəsizlik Şurasının hərəkətsiz qalmalarının nəticəsidir. İran ötən aylarda sionist rejimin qırğın maşınının durdurulması istiqamətində bütün diplomatik imkan və bacarıqlarından sədaqətli şəkildə istifadə edən mühüm ölkələrdən biri olub.
Atəşkəs topu hazırda Vaşinqton və Təl-Əvivin meydanındadır- deyən İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıbdır ki: Bu məsələ barədə qərarçıxarma, Fələstin xalqının üzərinə düşür.
İranın ozamankı qanuni hökuməti olan Müsəddiq hökumətinin süqutuna gətirib çıxaran 1953-cü il 19 avqust amerikan-ingilis çevrilişinin ildönümü gününə işarə edən Kənani bildiribdir ki, İran dövləti Amerikanın hərəkətlərindən irəli gələn xəsarətlərin əvəzinin çıxılmasını təqib etməyə borcludur.