Avq 20, 2024 14:29 Asia/Baku
  • ABŞ prezident seçkilərinə müdaxilə iddiası əsassızdır

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi Tehranın Amerika 2024 prezident seçkilərinə qarışması iddiasını rədd edib və onu əsassız adlandırıb.

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi yerli vaxtla bazar ertəsi günü gecə Amerikanın kəşfiyyat və kiber orqanlarının Tehranın Amerika 2024 prezident seçkilərinə qarışmasına dair iddiaları ilə bağlı belə qeyd edib: Bu kimi idialar heç bir əsasa malik deyildir. Əvvəllər də bildirdiyimiz kimi, İran Amerika seçkilərinə müdaxilə üçün heç bir hədəfə malik deyil.

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi vurğulayıb: Əgər Amerika hökuməti bu iddiada sadiq olarsa, öz sənədlərini bizə təqdim edər və bizim cavabımızı alar.

Bundan qabaq İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi Microsoft-ın İranın kiber hücumları yolu ilə Amerika seçkilərinə müdaxilə etməsi barədəki məlumatı ilə bağlı suallara cavabda belə qeyd etmişdi: İran öz sənayesinə, ictimai xidmət mərkəzləri və infrastrukturlarına qarşı müxtəlif kiber hücumları əməliyyatlarının qurbanı olub. İranın kiber qüdrəti üzləşdiyi təhdidlərə mütənasib və müdafiə xarakterlidir.