Avq 31, 2024 15:19 Asia/Baku
  • Özbəkistanla əməkdaşlığı inkişaf etdirmək 14-cü hökumətin prioritetidir

İran İslam Respublikasının prezidenti bildirib ki, qonşu ölkələr və region, xüsusilə Özbəkistan Respublikası ilə əməkdaşlığın inkişafı 14-cü hökumətin xarici siyasət prioritetlərindəndir.

İRNA-nın məlumatına görə, Məsud Pezeşkiyan ​​Özbəkistan Respublikasının prezidenti Şövkət Mirzəyevə göndərdiyi məktubda onu Özbəkistanın müstəqilliyinin ildönümü münasibətilə təbrik edib.

Prezident bu məktubda ​​qeyd edib: “İnanıram ki, iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələr daha da möhkəmlənəcək və İran İslam Respublikasının 14-cü hökumətində qonşu ölkələr və region ölkələri, xüsusən də Özbəkistan Respublikası ilə əməkdaşlığın inkişafı davam etdiriləcək”.