General-mayor Baqiri:
“İranın HHM sistemləri ordunun fəxri və gücüdür”
“İranın HHM sistemləri ölkənin və hər bir iranlının təhlükəsizliyi, fəxri və eləcə də ordunun güc mənbəyidir”
Bu sözləri İran İslam Respublikasının Baş Qərargah rəisi, general-mayor Baqiri 31 avqust, “Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının” təsis edilməsi günü münasibətilə etdiyi müraciətində qeyd edib.
“İran İslam Respublikası günümüzdə mövcud xüsusi şəraitdə beynəlxalq arenada məxsusən Qərbi Asiyada öz iqtidarlı və mümtaz mövqeyini qoruyub saxlamışdır”- Baş Qərəgah rəisi Baqiri əlavə edib.
O daha sonra vurğulayıb ki, İran ölkə hüdudlarından kənarda müqavimət cəbhəsinin əsasını və bünövrəsini möhkəmlədərək özünün anti-istismarçı və haqq tələb mövqeyi ilə qlobal miqyasda qazandığı mənəvi və əzəmətli nüfuzu müasir tarixin danılmaz faktına çevrilib.