Sen 03, 2024 10:55 Asia/Baku
  • ”Rusiya-İran əməkdaşlıq anlaşması tamamlanacaq”

”Rusiya və İran tezliklə qarşılıqlı hərtərəfli əməkdaşlıq anlaşmasını tamamlayacaqdır və bu anlaşmada təkcə kiçik texniki məsələlər qalmaqdadır”-Bunu Rusiyanın XİN başçısı Sergey Lavrov çıxışında deyib.

O açıqlamasının başqa bir hissəsində qeyd edib ki, Rusiya Qərb ölkələri ilə əlaqələrə hazırdır, lakin dostca olmayan addımlara qəti reaksiya verəcəkdir. Biz baş verə biləcək hər bir ssenariyə hazırıq.

“Qadağan edilmiş kiçik və orta mənzilli raketlər Avropa ərazilərində o cümlədən Danimarkada yerləşdirilib. Rusiyanın mənafeyi nəzərə alınmayacağı təqdirdə Moskva Qərbin irəli sürəcəyi heç bir layihədə iştirak etməyəcək.”-deyə Lavrov əlavə edib.

O sözünün davamında bildirib ki, Türkiyə ötən yaz mövsümündə dəniz qida xammalının anlaşmasının davam etməsinə çalışırdı buna Rusiya da hazır idi. Rusiya Ukraynanın təklifi ilə AES-lə əlaqədar razılığı da qəbul etmişdi ancaq Kiyevin özü sonradan bundan imtina etdi.