Əli Xızrıyan:
“Ən yadda qalan xatirə onların İmam Rzaya (ə) olan eşq və məhəbbəti idi”
İranlı müşçahidəçi Xızrıyan Azərbaycanda keçirilən paralment seçkilərinə münasibət bildirib
Bakıya səfər edən İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzləri Əli Xızrıyan və həmkarı Yaqub Rzazadə bu səfər barədə açıqlama veriblər.
Əli Xızrıyan öz “X” səhifəsində yazıb:
“ŞANXAY əməkdaşlıq təşkilatının 16 nəfərdən ibarət heyəti olaraq Azərbaycan Respublikasında keçirilən növbədənkənar paralment seçkilərində müşahidəçi qismində işitrak etdim.
Səsvermə məntəqələrinə gələn camaatla danışıqlarımda mənim üçün ən yadda qalan xatirə onların İmam Rzaya (ə) olan eşq və məhəbbəti idi.
Keşirilmiş seçkilər ŞANXAY əməkdaşlıq təşkilatının heyəti tərəfindən Azərbaycan Respublikasının konstitusiyası və seçkiləri haqda qəbul edilmiş qanunvericiliyə və eləcə də bu ölkənin qəbul etdiyi Beynəlxalq öhdəliyə uyğun olduğu qəbul edildi. Bununla da Azərbaycan Respublikasının Milli Məclisinin 7-ci çağırışı tezliklə öz işinə başlayacaq