Sen 07, 2024 11:16 Asia/Baku
  • “İranın Ukrayna münaqişəsində mövqeyi dəyişməyib”

“İran İslam Respublikasının Ukrayna münaqişəsindəki mövqeyində heç bir dəyişiklik olmayıb” Bunu İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani ballistik raketlərin Rusiyaya verilməsi iddialarına cavab olaraq deyib.

Ötən gün İranın BMT-dəki nümayəndəsi ballistik raketlərin Rusiyaya verilməsi haqda suallara cavab olaraq bildirib ki, İran münaqişə tərəflərinə mülki vətəndaşların və infrastukturların məhv edilməsinə yol açan və eləcə də atəşkəs danışıqlarının bərpasına qarşı ola biləcək silahların verilməsi kimi şeyləri qeyri-insani hərəkət qəbul edir. İran bununla kifayətlənmir, bəlkə daha çox təlaş göstərərək münaqişə tərəflərinə silah göndərilməsinin dayandırılmasına çağırış edir.

Bundan öncə İranın BMT-dəki nümayəndəsi Birləşmiş Ştatları, Fransa və İngiltərənin Tehranın Ukrayna münaqişəsindəki möqeyinə qarşı azğın və əsassız iddialarına cavab olaraq demişdi ki, Birləşmiş Ştatları və onun müttəqfiqləri heç zaman belə bir inkar edilməz faktı gizlədə bilməz ki, Qərb xüsusilə də Amerika müasir silahları göndərməklə Ukrayna münaqişəsinin uzanmasına və mülki əhalinin, infrastutkturların məhv edilməsinə yol açıblar.

Qeyd edək ki, Əmir Səid İrəvani ötən çərşənbə axşamı BMT katibi Antonio Quterreşə və eləcə də TŞ-nın katibinə yazdığı məktubda bildirib ki, İranın Rusiya federasiyasına silah satışı, ixracı, ötürməsində əli olduğu və beynəlxalq öhdəlikləri pozduğu kimi irəli sürülmüş hər bir iddialar tamamilə əsassızdır və bu qətiyyətlə rədd edilir. İran bir daha beynəlxalq humanitar hüquqlara riayətdə özünün toxunulmaz öhdəliyini diqqətə çatdırır.