Sen 11, 2024 15:31 Asia/Baku
  • Məsud Pezeşkian: “Regional sabitlik üçün İran və İraq arasında həmkarlıq genişlənməlidir”

İran və İraq prezidentləri arasında baş tutmuş görüşdə tərəflər ölkələr arasında iqtisadi, siyasi, mədəni əlaqələrin genişləndirilməsinə və eləcə də regionda sabitliyin daha da möhkəmləndirmək məqsədilə birgə fəlaiyyət göstərilməsinə təkidlə yanaşıblar.

İran prezidenti Məsud Pezeşkian İraqlı həmkarı Əbdul-Lətif Camal Rəşidlə görüşüdə iki ölkə arasında siyasi, iqtisadi və ictimai-mədəni sahələrdə sıx ələqələrin qurulması üçün ixtisası üzrə komissiyaların yaradılmasını istəyib.

Prezident Pezeşkian İran və İraq arasında qədim və köklü tarixi bağlılıqları xatırladaraq İslam Ölkələri arasında İttifaqın yaradılmasını vurğulayıb. O, Avropa İttifaqı ölkələri kimi İslam ölkələri arasında da sərhədlərin götürülməsini və bu istiqamətdə hərəkət edilməsini diqqətə çatdırıb.

İraq prezidenti Əbdul-Lətif Camal Rəşid İran prezidentinin ölkəsinə gəlişi münasibətilə xoşgəldin deyərək şəhid prezident İbrahim Rəisi və şəhid Hüseyn Əmir-Abdullahianın xatirəsini yad edib.

İraq prezidenti bu görüşdə iki ölkənin ticarət mübadiləsində dolların kənarlaşdırılmasını vurğulayıb.

 

Teqlər