Sen 24, 2024 13:08 Asia/Baku
  • Prezident Pezeşkian Amerikada mətbuat konfransı keçirib

" Biz bütün dünya ölkələri ilə konstruktiv, sağlam və bərabərhüquqlu qarşılıqlı əlaqələrin qurulmasını istəyirik" Bunu İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Amerika mediasının yüksək səviyyəli rəhbərləri ilə ilk görüşündə söyləyib.

İran İslam Respublikasının Prezidenti bu mətbuat konfransında NBC, ABC News, CNN, The New Yorker, Washington Post, Associated Press, Reuters və France Press də daxil olmaqla Amerika və beynəlxalq media rəhbərlərinin və tanınmış jurnalistlərin suallarını cavablandırıb.

 Görüşdə İran prezidenti 14-cü hökumətin İranın daxili məsələlərilə yanaşı, regional və qlobal mövzularda baxışını açıqlayıb. 

 " Biz bütün dünya ölkələri ilə konstruktiv, sağlam və bərabərhüquqlu qarşılıqlı əlaqələrin qurulmasını istəyirik"-deyə İranın xarici siyasət xəttində "həmkarlıq əlinin" həmişə açıq olduğunu vurğulayan cənab prezident fürsətdən istifadə edərək bəzi qərb KİV-lərinin İrana qarşı yürütdüyü propaqandalarını da tənqid edib.

" Bizim ölkəmiz və xalqımız qədim və zəngin sivilizasiyaya, mədəniyyətə malikdir. Ölkəmiz haqda bəzi media orqanlarının təqdim etdiyi görüntü isə həqiqəti əks etdirmir. Biz dünyada müharibə və təhlükəsizliyin pozulması istiqamətində addım atmırıq. Biz BMT-nin Baş Assambleyasının iclasında bütün dünya ölkələrinə və xalqlarına sülh və dostluq mesajımızı çatdırmağa gəlmişik"- cənab Pezeşkian diqqətə çatdırıb.