Okt 06, 2024 19:21 Asia/Baku
  • Bəqai Deyr Əl-Bələhdə məscidə hücumu pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Qəzzə zolağında müdafiəsiz qaçqınlara sığınacaq olan Deyr Əl-Bələh məscidinə hücumu kəskin şəkildə pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai qeyd edib ki, sionist rejimin ABŞ-ın hədiyyə etdiyi silahlarla Fələstin və Livanda müqəddəs yerlərə, məktəblərə, məscidlərə və tibb müəssisələrinə qarşı həyata keçirdiyi son hücumlar İŞİD-in cinayətlərini xatırladır.

Bəqai əlavə edib: "Öz yurd-yuvasından didərgin düşmüş, hazırda ibadət ocaqlarına, mədəniyyət mərkəzlərinə və tibb müəssisələrinə sığınan məzlum Fələstin xalqına qarşı terror və kütləvi qırğın siyasətinin davam etdirilməsi hərbi cinayətlərin və insanlığa qarşı cinayətlərin bariz təzahürüdür".

Sionist rejimin Qəzza zolağının mərkəzində yerləşən Deyr Əl-Bələhdə Əl-Əqsa xəstəxanası yaxınlığındakı məscidə endirdiyi hava zərbələri nəticəsində 60-dan çox fələstinli şəhid olub, 150-yə yaxın insan isə yaralanıb.

Teqlər