Okt 07, 2024 18:29 Asia/Baku
  • Pezeşkian: İranın sionist rejimə hücumu sülh yaratmaq üçün idi

İran İslam Respublikası prezidenti bildirib ki, İranın sionist rejimə son raket hücumu onun vəhşiliyini cilovlamaq və regionda atəşkəs, sülh və sabitlik yaratmaq məqsədi ilə həyata keçirilib.

Bazar günü Məsud Pezeşkian bazar günü Hollandiyanın baş naziri Dik Şofun telefon zənginə cavab olaraq, iki ölkə arasındakı əlaqələrin 400 illik keçmişinə toxunaraq, deyib: "İran heç bir şəkildə müharibə və gərginlik ardınca deyil, əksinə, İran İslam Respublikası nüvə məsələsi kimi bəzi məsələləri dialoq yolu ilə həll etməyə və dünya ölkələri, o cümlədən Avropa ölkələri ilə əməkdaşlığı və əlaqələri gücləndirməyə çalışır".

Prezident Pezeşkian qərb ölkələrinin, o cümlədən Hollandiyanın sionist rejimin Qəzzə və Livandakı cinayətləri ilə bağlı mövqelərinə toxunaraq, deyib: "Mən xalq tərəfindən “milli barışıq və dünya ilə dostluq” şüarı ilə İran İslam Respublikasının prezidenti seçildim. lakin sionist rejim mənim rəsmən işə başladığım ilk gündə Qəzzədə məğlubiyyətlərini kompensasiya ermək və regionda gərginliyi və münaqişəni genişləndirmək məqsədilə Tehranda İran İslam Respublikasının rəsmi qonağını terror etdi və  Amerika başda olmaqla Qərb ölkələri də sionistlərin cinayətlərini və terror əməllərini qınamaq əvəzinə  davamlı olaraq, İranı təmkinli olmağa çağırdılar".  

Pezeşkian əlavə edib: "İran İslam Respublikası Qəzzədə atəşkəsin əldə edilməsinə yönəlmiş səylərin nəticəyə çatacağı ümidi ilə sionist rejimin terror cinayətinə və öz milli suverenliyinin pozulmasına dərhal reaksiya verməkdcən çəkindi. İranın sionist rejimə qarşı raket hücumu konkret olaraq,  onun vəhşiliyini cilovlamaq, regionda cinayətlərinin və hücumlarının miqyasını genişləndirmək cəhdlərinin qarşısını almaq və regionda atəşkəsin yaradılması və sülh və sabitliyin bərqərar olması məqsədilə və beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin mətninə uyğun olaraq, həyata keçirildi və yalnız hərbi mərkəzləri hədəfə aldı".

Hollandiyanın baş naziri də bu telefon danışığında deyib: "Biz qəti şəkildə inanırıq ki, Yaxın Şərq regionu daha çox gərginliyə dözə bilməz və buna görə də bütün tərəfləri münaqişələrin genişlənməsi və dərinləşməsindən çəkinməyə çağırırıq".

O, əlavə edib ki, Hollandiya “İsraili” təcili olaraq Qəzzədə atəşkəsi qəbul etməyə çağırıb, həmçinin Amerikanın Livanda atəşkəsin yaradılması təklifini dəstəklədiyini vurğulayıb.

O, həmçinin bildirib ki, Hollandiya İranın Avropa ilə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı mövqeyini alqışlayır və bununla bağlı ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Teqlər