Okt 09, 2024 12:20 Asia/Baku
  • İran sionist rejimin Dəməşqə raket zərbəsini qınadı

Bəqayi: İsrailin cinayətlərinin artması ABŞ-dakı seçkilərə təsir etmək məqsədi daşıyır

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin cinayətlərinin şiddətlənməsi barədə bildirib ki, bu gərginlik qarşıdan gələn Amerika seçkilərinin nəticələrinə təsir göstərmək üçündür.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, İsmayıl Bəqayi sionist rejimin cinayətlərinin artması və region üçün təhlükəyə toxunaraq, X sosial şəbəkəsindəki hesabında əlavə edib: “Amerika təhlükəsizlik qurumları sionist rejimin məqsədyönlü vəsvəsəsi ilə yalandan İranı ABŞ-ın daxili işlərinə qarışmaqda ittiham edirlər! Bu, aldadıcı və ağ yalandır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi sonra bildirib: “Son bir ildə hər kəs belə qənaətə gəlib ki, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu, ləyaqətli və dinc yaşamaq haqqını bərpa etmək üçün şərəfli müqavimətdən başqa yol yoxdur.”

Onun sözlərinə görə, son bir ildə Qəzzədə törədilən vəhşi qətllər və amansız dağıntılar İslam dünyasını daha da qəzəbləndirib”.

Bu arada İranın Suriyadakı səfirliyi bəyanat yayaraq bildirib ki, təcavüzkar İsrail rejiminin Dəməşqdə yaşayış binasını vurması nəticəsində ölən və yaralananlar arasında İran vətəndaşları olmayıb.

Səfirlikdən verilən məlumatda bildirilir ki, “Düşmən İsrail qorxaqcasına Dəməşqin mərkəzində mülki binaya raket atıb günahsız qadın və uşaqları öldürərək növbəti cinayət törədib. Səfirlik bu terror aktını pisləyir və bildirir ki, ölən və yaralananlar arasında İran vətəndaşı yoxdur”.

Qeyd edək ki, ötən gün xunta rejiminin Suriya paytaxtının Məzzə məhəlləsində yaşayış binasına endirdiyi zərbə nəticəsində azı 7 mülki şəxs şəhid olub, daha 11 nəfər yaralanıb.

 

Teqlər