Okt 11, 2024 10:46 Asia/Baku
  • İranın XİN rəhbəri xarici həmkarlarına məktub ünvanladı

Əraqçi: Sonist rejimin təcavüzünə qarşı daha güclü tədbirlər görülüb

İranın Xarici İşlər naziri bildirib ki, lazım gələrsə, İslam Respublikası istənilən təcavüzə qarşı daha çox və daha güclü müdafiə tədbirləri görməyə tam hazırdır və bu sahədə tərəddüd etməyəcək.

Seyid Abbas Əraqçı dünya ölkələrindəki həmkarlarına məktub ünvanlayaraq, sionist rejimin Qəzzə və Livanın müdafiəsiz xalqına qarşı təcavüz və cinayətlərinin davam etməsinə və bu səbəbdən çoxlu sayda günahsız insanın şəhid olmasına, yaralanmasına və didərgin düşməsinə, yaşayış və ictimai yerlərin geniş şəkildə dağıdılmasına, beynəlxalq əməkdaşların və yardım işçilərinin öldürülməsinə işarə etməklə yanaşı, bu rejimin cinayət əməllərini regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid, müharibə cinayətinin, insanlığa qarşı cinayətin və soyqırımın bariz nümunəsi kimi qiymətləndirib.

İran İslam Respublikasının xarici işlər naziri məktubunda bildirib: “İsrail rejiminin hüdudsuz toxunulmazlığı onun, xüsusilə Amerikanın bunker qırıcı bombalarından istifadə edərək yaşayış məntəqələrinə geniş hava hücumları vasitəsilə təcavüzkarlığının və Livana qarşı ağır hücumlarının genişlənməsinə səbəb olub, BMT Təhlükəsizlik Şurasının öz vəzifələrini yerinə yetirməməsi bu rejimin müharibə qızışdıran başçılarını öz davamlı cinayətlərini davam etdirməkdə daha da cürətləndirib.”

Əraqçı bu məktubda İran İslam Respublikası Silahlı Qüvvələrinin beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq, həmçinin Qəzzədə atəşkəs imkanının yaratmaq üçün uzun müddət təmkin göstərdikdən sonra nəhayət, sionist rejimin hərbi obyektləri və texnikasını hədəfə almaqla bağlı öz təbii qanuni müdafiə hüququnun həyata keçirilməsinə uyğun addımlarının səbəblərini izah edib, bu addımı İranın beynəlxalq sülh və təhlükəsizliyə məsuliyyətli yanaşmasının göstəricisi kimi qiymətləndirib.

Diplomatik qurumun rəhbəri məktubunun sonunda sionist rejimin təcavüz və cinayətlərinin dayandırılması üçün kollektiv diplomatik səylərin zəruriliyini vurğulayıb, beynəlxalq ictimaiyyətin üzvlərini Qəzzə və Livanda hücumların, partlayışların və günahsız insanların öldürülməsinin dayandırılması üçün təcili və qəti tədbirlər görməyə, habelə ağır humanitar vəziyyətlə dərhal məşğul olmağa çağırıb.

 

Teqlər