Okt 11, 2024 18:28 Asia/Baku
  • Pezeşkian: Düşmənin məqsədi İslam dinləri arasında fikir ayrılığı yaratmaqdır

İran İslam Respublikası prezidenti deyib: “İran və Türkmənistanın ortaq ədəbi xəzinələrini tanıtmaq lazımdır”.

Məsud Pezeşkian Türkmənistanın paytaxtı Aşqabadda iranlı türkmən şairi Məxtumqulu Fəraqinin anım mərasimində çıxışı zamanıbildirib ki, İrandakı bir çox dil ləhcələri Məxtumqulu Fraqi kimi böyük şairlərin zəhmətinə borcludur”.O əlavə edib: “Fars dilini Firdovsi dirçəltdiyi kimi, türkmən dili və ədəbiyyatını da Məxtumqulu Fəraqi dirçəltmişdir. Paklıq Əhli-beyti və İslam məfhumlarını düzgün dərk etməklə yanaşı, mənəviyyat, əxlaq, ədalət və azadlığa diqqət bu böyük arifin təfəkkürünün təzahürüdür”.Prezident deyib: “Maxtumquludan qalan şeir divanı və əsərlər mənəvi, siyasi, ictimai və mədəni məzmunlar dənizinin göstəricisidir. Mənəviyyatdan üz döndərmək illərdir dövrümüzün problemidir.“Ümid edirəm ki, biz mədəni əməkdaşlığı gücləndirmək və inkişaf etdirməklə və oxşar tədbirlər keçirməklə dəyərli ədəbi xəzinələrin və məfaxirlərin tanıdılması üçün mühüm addım atacağıq”.

Teqlər