İranın BMT-dəki səfiri: İsrail rejiminin tibb təsisatlarını hədəfə alması müharibə cinayətidir
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bu təşkilatın təhlükəsizlik şurasına məktub ünvanlayıb. O, bu məktubda İsrail rejiminin İranın Qızıl Aypara Cəmiyyətinin Suriyada yerləşən anbarına qarşı terror hücumu haqda belə deyib: Humanitar və tibb təsisatlarının İsrail rejimi tərəfindən qəsdən hədəfə alınması beynəlxalq humanitar hüquq normalarının aşkar şəkildə pozulmasıdır və inkaredilməz şəkildə
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani BMT Təhlükəsizlik Şurasının sədri Paskal Kristiana və BMT baş katibi Antonio Quterreşə ünvanladığı məktublarda sionist rejimin İranın Qızıl Aypara Cəmiyyətinin Suriyada yerləşən humanitar yardımlar anbarına qarşı hücumu barədə belə qeyd edib: Humanitar yardımlara qarşı bu faciəli hücum beynəlxalq hüququn aşkar şəkildə pozulması və insanların həyatlarını xilas etmək məqsədilə göstərilən səylər əleyhinə dəhşətli addımdır.
İran İslam Respublikasının BMT-dəki baş diplomatı əlavə edib: İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyəti bu humanitar yardımlar mərkəzini təsis etmək üzrə niyyəti ilə bağlı, Beynəlxalq Qızıl Xaç Komitəsini rəsmən məlumatlandırmışdı. Bu mərkəzin tamamilə humanitar məqsədlərinə rəğmən, onun təsisat və təchizatları sözügedən vəhşicəsinə və terror hücumunda tam şəkildə məhv edildi.
İran İslam Respublikası Təhlükəsizlik Şurasından bu fəlakətli cinayəti mümkün olan ən kəskin tərzdə pisləməsi və sionist rejim tərəfindən bundan artıq pozuntuların törədilməsinin cilovlanması üçün təcili və qətiyyətli addımlar atmasını istəyir- deyə,
İranın BMT-dəki səfiri vurğulayıb.