ABŞ-da kimin prezident seçilməsinin Tehrana heç bir əhəmiyyəti yoxdur
Noy 06, 2024 14:19 Asia/Baku
İran İslam Respublikası hökumətinin sözçüsü Fatimə Mühacirani Donald Trampın ABŞ-a prezident seçilməsinə münasibət bildirərkən deyib: “ABŞ-da kimin prezident seçilməsinin Tehrana heç bir əhəmiyyəti yoxdur, çünki bizim planlarımız artıq hazırdır”.
Hökumət sözçüsü əlavə edib ki, ölkənin son 40 ildəki sanksiyalarını nəzərə alsaq, İran Trampın yenidən seçilməsindən narahat deyil və Trampla Bayden arasında heç bir fərq görmür.
Onun sözlərinə görə, sanksiyalar İranın daxili gücünü artırdı və bu dövlət yeni sanksiyalarla qarşılaşmaq iqtidarındadır.