Noy 11, 2024 10:36 Asia/Baku
  • İran rəsmisi dünya ictimaiyyətinə səsləndi

İran İslam Respublikası xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini sionist rejimin cinayətlərinə toxunaraq bildirib ki, indi sionist rejimi BMT-dən çıxarmağın vaxtı çatıb.

Kazim Qəribabadi İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası xarici işlər nazirlərinin noyabrın 10-da Ər-Riyadda sionist rejimin Fələstin və Livandakı hazırkı təcavüzü ilə bağlı keçirilən birgə iclasında çıxış edərək deyib: “Qəzzə zolağı və Livanda baş verən hazırkı hadisələr bəşəriyyət üçün utancvericidir. Bunlar 70 ildən artıqdır işğal və təcavüz altında əsas hüquqlarından məhrum edilmiş bir xalqa qarşı ikiqat ədalətsizlikdir.

ABŞ və Qərb ölkələrinin sionist rejimin bölgədəki cinayətləri, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər, etnik təmizləmə, irqi ayrı-seçkilik və müdafiəsiz Fələstin xalqına qarşı soyqırımı kimi cinayətlərinin davam etdirilməsində hərtərəfli dəstəyinə toxunan Qəribabadi vurğulayıb ki, Qərbin qeyri-qanuni övladı sayılan sionist rejim hər cür məsuliyyətdən və cavabdehlikdən qorunub. Belə bir vəziyyətdə Fələstin xalqının işğala və təcavüzə qarşı müdafiə və müqavimət göstərmək üçün qanuni hüququ var və öz təbii hüququndan istifadə etmək üçün heç bir tərəfin icazəsinə ehtiyac yoxdur.

 

Teqlər