Azərbaycan Respublikası İranın müdafiə siyasətində mühüm yerə malikdir
Azərbaycan Respublikası qəti şəkildə İran İslam Respublikasının müdafiə və xarici siyasətində mühüm və təsirli yerə malikdir. Bunu, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin əvəzedicisi bildirib.
İran və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında hərbi və müdafiə əməkdaşlıqları üzrə birgə komissiyanın dördüncü iclası ilə bir zamanda, general-mayor Fərid Əliyev general-mayor Məhəmməd-Rza Aştiyani ilə görüşüb.
General Aştiyani bu görüşdə iki ölkə arasında hərbi və müdafiə əməkdaşlıqları üzrə birgə komissiyanın dördüncü iclası barədə belə deyib: Azərbaycan Respublikası İran İslam Respublikasının müdafiə və xarici siyasətində qəti şəkildə mühüm və təsirli yerə malikdir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin əvəzedicisi Cənubi Qafqazı İran İslam Respublikası üçün təhlükəsizlik mühiti adlandırıb. Bildirib ki: Bu bölgədə baş verən dəyişiklik və hadisələr şübhəsiz, İran İslam Respublikasının təhlükəsizliyində təsirlidirlər və Azərbaycan Respublikası bu bölgədə çox mühüm rol oynayır.
General-mayor Fərid Əliyev də iki ölkə və iki xalq arasındakı dərin bağlara və ortaqlıqlara işarə edib. Bildirib ki: Qarşılıqlı həmkarlıqla regionda sülh və sabitlik yaratmaq üçün daha çox səy göstərilməliyik. Onun nümunələrindən biri, İran İslam Respublikası və Azərbaycan Respublikasının silahlı qüvvələri arasındakı hərbi və müdafiə əməkdaşlıqları üzrə birgə komissiyanın dördüncü iclası/ və birgə hərbi təlimlərdir.
Əminik ki, qarşılıqlı həmkarlıq və tədbirlərlə komissiyanın qərarlarını ən yaxşı şəkildə icra edə biləcəyik. Bu istiqamətdə, cari ildə iki silahlı qüvvələr arasında üç hərbi təlim keçirilib- deyə, general-mayor Fərid Əliyev qeyd edib.