Şin-Betin başçsı Türkiyəyə nə üçün gizli səfər edib?
Sionist rejimin daxili kəşfiyyat təşkilatı Şin Bet-in rəhbəri Ronen Bar əsir mübadiləsi sazişi üzrə danışıqlar çərçivəsində ötən şənbə günü Türkiyəyə səfər edib.
İvritdilli xəbər saytı Walla-nın məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, Bar türk həmkarı ilə görüşüb. Bu görüşdə Türkiyənin HƏMAS-ın saxladığı əsirlərlə bağlı danışıqlarda mümkün rolu məsələsi gündəmə gəlib. Lakin İsrail mənbələri Türkiyənin vasitəçi kimi çıxış etməsinin mümkün olmadığını bildiriblər.
“The Jerusalem Post” qəzetinə məlumat verən mənbələrdən biri deyib:“Məndə türklərin bu prosesdə hər hansı bir şəkildə iştirak etdiyi barədə heç bir məlumatım yoxdur və bu, mümkün görünmür”Qeyd edək ki, əsir mübadiləsi danışıqlarında vasitəçilik edən ölkələr arasında Qətər və Misir əsas rol oynayır.