Dek 07, 2024 18:18 Asia/Baku
  • Əraqçi: “Suriya hökuməti ilə müxalifət qrupları arasında müzakirələr haqda rəyimiz birdir”

Astana prosesinin xarici işlər nazirləri ilə görüşündən sonra İran xarici işlər naziri bununla bağlı açıqlama verib.

Nazir qeyd edib ki, Rusiya və Türkiyənin xarici işlər nazirləri ilə çox yaxşı görüşümüz baş tutdu. Görüşün sonunda BMT Baş Katibinin xüsusi nümayəndəsi cənab Pederson da iştirak etdi.Bu iclasda Suriyada baş verən hazırkı və çox ciddi məsələlər müzakirə edilib.

Bütün tərəflər yekdilliklə münaqişələrin dərhal sona çatmasını və Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli olduğunu təkid etdilər.

Tərəflər həmçinin BMT-nin qətnaməsinə istinad edilməli olduğunu da vurğuladı.Görüşdə danışılan ən önəmli məsələ Suriya hökuməti arasında siyasi danışıqların bərpası və legitim müxalifət qrupları ilə dialoqun tənzimlənməsidir.

Hazırkı iclasın ilkin tələbləri bunlar idi və bununla bağlı Suriya hökuməti ilə məsləhətləşəcəyimiz barədə razılıq da əldə olundu.

Teqlər