Dek 12, 2024 15:33 Asia/Baku
  • SEPAH İsrailin Suriya infrastrukturuna hücumlarını pisləyib

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH ABŞ və sionist rejimin Suriyadakı hazırkı qeyri-sabitlikdən sui-istifadə etməsini və onların təcavüzü, işğalı və bu ölkənin infrastrukturu və həyati bazalarına hücumunu kəskin şəkildə pisləyib. Suriyanın milli suverenliyi və ərazi bütövlüyünün qorunmasının zəruriliyini vurğulayıb.

SEPAH verdiyi bəyanatda ABŞ və sionist rejimin Suriyadakı hazırkı qeyri-sabitlikdən sui-istifadə etməsini, yaşayış məntəqələri və hərbi obyektlərin intensiv bombalanması, infrastrukturların və həyati əhəmiyyətli mərkəzlərin məhv edilməsi və Suriya ərazisinin işğalı ilə müşayiət olunan bu ölkənin ərazi bütövlüyünə təcavüzü və beynəlxalq qurumların bu açıq təcavüz qarşısında heyrətamiz susqunluğunu kəskin şəkildə pisləyib.

SEPAH-ın bəyanatında vurğulanıb ki, İslami İranın prinsipial siyasətlərində qeyd olunduğu kimi, Suriyanın milli suverenliyinin və ərazi bütövlüyünün qoruması, xalqının iradəsi və seçimi ilə bu ölkənin gələcək siyasi sisteminin və müqəddəratının müəyyən edilməsi üçün şəraitin yaradılması ayrılmaz, legitim və qanuni bir haqqdır və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməli və dəstəklənməlidir.

Teqlər