Bəqayi: "İngiltərənin Suriyadakı hadisələrlə bağlı iddiaları faktları təhrif etmədir
İsmayıl Bəqayi X-dəki səhifəsində yazıb: "Təhsili hüquq olan, lakin peşəsi İsrailin soyqırımı cinayətlərinə haqq qazandırmaq olan İngiltərənin xarici işlər naziri Devid Lemmi iddia edir ki, bunu soyqırım adlandırmaq üçün milyonlarla fələstinli öldürülməlidir və bu səbəbdən Fələstin üzrə insan haqları məruzəçisi tərəfindən "soyqırım inkarçısı" adlandırılıb.
Bəqayi əlavə edib: "Cənab Lemmidən soruşulmalıdır ki, İngiltərə hökumətinin Suriya böhranına xərclədiyini iddia etdiyi 4 milyard funt-sterlinqdən nə qədəri əslində böhranı yaratmaq və davam etdirmək üçün istifadə olunub?
Suriya və İraqda İŞİD-in yaranmasına və yayılmasına səbəb olan İngiltərə kimi aktorların əlləri Suriya xalqının qanına bulanıb. Hazırda İngiltərənin İsrailə bağışladığı silahlarla Suriya xalqı qırılır, infrastrukturu dağıdılır".