Dek 13, 2024 18:52 Asia/Baku
  • İsrailin Suriyadakı işğalçılığına İranın reaksiyası

Sionist rejimin Suriya infrastrukturuna təcavüzü davam edərkən və xunta rejimin ordusunun Suriyanın hərbi imkanlarının 70-80 faizi məhv etdiyi bir vaxtda İran bu təcavüzləri və eləcə də Qolanın digər hissələrinin işğalını pisləyib.

Bu təcavüzlərə reaksiya olaraq İran xarici işlər naziri İsrailin təcavüzünün və Suriyanın məhv edilməsinin dayandırılması üçün region ölkələrinin və onların müttəfiqlərinin dərhal və effektiv səfərbər edilməsinə çağırış edib.

"Bu rejim 1974-cü il müqaviləsini və Təhlükəsizlik Şurasının 350 saylı qətnaməsini pozaraq Suriyanın daha çox ərazisini işğal edib"-deyə İran XİN-i vurğulayıb.

Əraqçı İsrailin bu mənfur hərəkətlərini müzkirə etmək üçün Pakistan, Qətər və BƏƏ-nin xarici işlər nazirləri ilə müzakirələr apararaq Suriyanın ərazi bütövlüyünün və bu ölkənin təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayaraq sionist rejimin Suriyaya qurudan və havadan hücumlarının dərhal dayandırılmasını tələb edib.

Teqlər