Xuzistanda casus şəbəkəsi zərərsizləşdirilib
https://azeri.sahartv.ir/news/İran-i417497-xuzistanda_casus_şəbəkəsi_zərərsizləşdirilib
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın səyləri sayəsində Xuzistanda casusluq şəbəkəsi darmadağın edilib.
(last modified 2025-01-11T10:17:35+00:00 )
Yan 11, 2025 14:15 Asia/Baku
  • Xuzistanda casus şəbəkəsi zərərsizləşdirilib

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın səyləri sayəsində Xuzistanda casusluq şəbəkəsi darmadağın edilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən verilən açıqlamaya görə, Fars körfəzinin sahilyanı ölkələrindən birinin kəşfiyyat xidməti ilə əlaqələri olan və Xuzistanda yerləşən həssas mərkəzlər haqqında məlumat toplayan casus şəbəkəsinin ünsürləri Xuzistanın SEPAH qüvvələrinin kəşfiyyat təşkilatında xidmət edən İmam Zamanın(ə) naməlum əsgərlərinin gecə-gündüz səyləri nəticəsində tutularaq, ədliyyə orqanlarına təhvil verildi.