İran və Tacikistan iki ölkə arasında hava vizalarını ləğv ediblər
Yan 29, 2025 14:30 Asia/Baku
İran İslam Respublikasının Tacikistandakı səfirliyi bildirib ki, İran İslam Respublikasının Nazirlər Kabinetinin verdiyi qərara əsasən, fevralın 3-dən etibarən İran və Tacikistan arasında hava səfərləri üçün viza tələbi ləğv ediləcək.
İranın Nazirlər Kabinetinin verdiyi qərara əsasən, həm İran, həm də Tacikistanın adi pasportlara malik vətəndaşlarının bir-birlərinin ölkələrinə viza tələb olunmadan hava yolu ilə gediş-gəlişinə icazə veriləcək. Səyahətçilər hər 90 günlük müddətdə digərinin ərazisində 30 günə qədər qala bilərlər.
İran Xarici İşlər Nazirliyi bu qərarın icra tarixinin 3 fevral 2025-ci il olduğunu açıqlayıb.