AEBA öz məsuliyyətləri çərçivəsində hərəkət etsin
İran İslam Respublikasının xarici işlər naziri ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru arasında telefon söhbəti baş tutub.
Seyid Abbas İraqçı və Rafael Qrossi İranla agentlik arasındakı həmkarlıqlar və texniki anlaşmaların son vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.
İranın öz beynəlxalq öhdəlikləri çərçivəsində agentliklə əməkdaşlıqları davam etdirmək üzrə iradəsini təkrar edən İraqçı, qeyri-konstruktiv mövqelərin irəli sürülməsindən və siyasibazlıqdan çəkinmənin, həmçinin həmkarlıqların texniki atmosferdə və irəliyə doğru davam etdirilməsinin zərurətinə təkid edib.
İran xarici işlər naziri həmçinin MAQATE-nin öz vəzifələri və məsuliyyətləri çərçivəsində hərəkət etməyə borclu olduğunu bildirib. O, agentliyin baş direktorundan bəzi ölkə və rejimlərin üzrsüz tələb və təzyiqlərinə məhəl qoymamasını istəyib.
Qrossi bu telefon söhbətində agentliyin İranla ciddi həmkarlıq və anlaşma üzrə əzmkarlığına toxunub. Vurğulayıb ki, mövcud məsələlərin həlli üçün əlverişli atmosferin yaradılması istiqamətində öz vəzifə və ixtiyarları çərçivəsində bütün tərəflərlə məşvərət edəcək.