Fev 02, 2025 12:29 Asia/Baku
  • Sepah «Qədr-380» dəniz qanadlı raketini təqdim edib

Sepah-ın dəniz qüvvələri İranın cənubunda yerləşən yeraltı bazadakı esminesə qarşı qanadlı raketlər şəhərini və «Qədr-380» tipli dəniz qanadlı raketi kimi yeni nailiyyətlərindən birini təqdim edib.

Sepah-ın baş komandanı general-mayor Hüseyn Salami Sepah-ın dəniz qüvvələrinin raket bölmələrinin döyüş hazırlığının son durumunu nəzərdən keçirib.

Silah sistemi üzərində yerləşdirilən bu raketlər elektron müharibə ilə mübarizə istiqamətində mümkün olan ən qısa zamanda əməliyyat keçirməyə hazırdırlar.

Sepah-ın dəniz qüvvələrinin komandanı kontr-admiral pasdar Əli-Rza Təngsiri bu baxış zamanı belə deyib: Biz İslam İnqilabının Böyük Rəhbərinin göstərişi ilə,/ İslam İnqilabı səviyyəsində mobil dəniz qüvvələri səmtinə hərəkət etmişik. Sistemlərimiz yerin yüzlərlə metr dərinliyində saxlanılırlar. Onlar lazım olan zaman çox qısa bir müddətdə əməliyyata keçəcəklər.

Kontr-admiral sonra belə deyib: Sepah-ın möhtərəm baş komandanının iştirakı ilə nəzərdən keçirilən bu sistemlər, dəniz raketlərinə əlavə olan quru çəkiciləri ilə silahlanıblar. Belə ki, iranlı alimlərin əldə etdikləri texnologiyalarla/ əməliyyatın həyata keçirilməsi üçün daha sahillərdə iştiraka ehtiyac yoxdur.

Sepah-ın dəniz qüvvələrinin komandanı bu haqda belə qeyd edib: Bu sistemlər və raket şəhərləri ölkənin yüzlərlə kilometr dərinliklərindən silahlana, atış etməyə və dənizlərin dərinliklərindəki hədəfləri vura bilirlər.

Sözügedən sistemlərin özəl qabiliyyətlərinə toxunan kontr-admiral Təngsiri sözlərinə belə davam edib: Bu sistemlər özünəməxsus özəlliklərə malikdirlər. Bu cəhətdən, dünya səviyyəsində dəniz qanadlı raketlər texnologiyasının ön sırasında dururuq.

Sözügedən raketlər daha bir xətt üzrə hərəkət etmirər. Tamamilə istiqamətləndirmə qabiliyyətinə malik olan raketlər hədəflərin müəyyən edilməsində tamamilə elektron şəkildə əməl edirlər- deyə, Sepah-ın dəniz qüvvələrinin komandanı vurğulayıb.

Sepah-ın dəniz qüvvələrinin komandanı sonda belə deyib: Düşmənlər bizim bacarığımız barədə hesablama səhvinə düçar olmasınlar. Bizim əziz xalqımız da bilsin ki, bu xalqın övladları onun başıucalığı üçün canfəşanlıq edəcək və əllərindən gələni əsirgəməyəcəklər.