Fev 02, 2025 15:46 Asia/Baku
  • Problemlərin həlli və inkişafın şərti, Allaha inam və meydana girməkdir

İslam İnqilabının Böyük Rəhbəri Quranı/ İslamın Böyük Peyğəmbəri(s.ə.s)-in daimi möcüzəsi adlandırıb və vurğulayıblar ki, Pərvərdigara əsl təvəkkül, hər hansı mümkünsüz məsələni də həyata keçirəcək.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei qırx birinci beynəlxalq Qurani-Kərim müsabiqəsində iştirak edən Quran üzrə ustadlar, qiraətçilər və hafizlərin, eləcə də xalq təbəqələri ilə görüşdə öncə Həzrət Əba Əbdillah-əl-Hüseyn ələyhissəlamın mövludunu təbrik ediblər.

O həzrət Quran və Peyğəmbər(s.ə.s.) möcülərinin davam etməsini insan və varlıq dünyası üçün böyük bir bərəkət adlandırıb və belə deyiblər: Əgər bu böyük möcüzədən istifadə olunarsa, insanın bütün problemləri aradan qaldırılar və insan cəmiyyətlərinin həyatı öz qaydasına düşər.

Həzrət Ayətullahuluzma Xamenei Quran anlayışı olan "təvəkkül" sözünün bəyanında belə söyləyiblər: Kəlamullahi-Məcidin buyurduğuna görə, hər kəs Allaha təvəkkül edərsə, Allah onun üçün kifayət edər. Buna görə, əgər təvəkkül şərtlərinə riayət olunarsa, bu ilahi vəd mütləq həyata keçəcək.

İslam İnqilabının Böyük Rəhbəri Qəzzə əhalisinin sionist rejim və Amerika rejimi üzərindəki qələbəsini mümkünsüz məsələnin reallaşmasından bir nümunə adlandırıb və belə söyləyiblər: Əgər deyilsə idi ki, kiçik Qəzzə bölgəsinin əhalisi Amerika kimi böyük güclə vuruşacaq və ona qalib gələcək, heç kəs inanmazdı, amma bu mümkünsüz məsələ pərvərdigarın izni ilə həyata keçdi.

O həzrət imperializmin təkcə İran xalqı ilə deyil, bir çox dünya xalqları ilə qarşı-qarşı durmasına işarə edib və vurğulayıblar: İran xalqının başqalarından fərqi budur ki, belə bir gerçəkliyi demək cürətinə malikdir ki: Amerika təcavüzkar, yalançı, aldadıcı və müstəmləkəçidir və insani prinsiplərdən heç birinə sadiq deyildir. İran xalqı buna görə, «Amerikaya ölüm!» deyir. Başqaları isə bu həqiqətləri dilə gətirmək, Amerikanın qarşısında dayanmaq və imperializmlə mübarizə sahəsində üzərlərnə düşən payı yerinə yetirmək cürətinə malik deyillər; elə buna görə də bir nəticəyə çatmırlar.

Həzrət Ayətullahuluzma Xamenei nəticənin əldə olunması üçün səbir və mübarizə zərurətlərini vurğulayıblar. O həzrət İran xalqının dünyadakı bütün zalımların düzülüşü qarşısındakı 46 illik səbri və səyinin ölkənin hərtərəfli inkişafına səbəb olduğunu bildirib və belə söyləyiblər: İran xalqı nəinki bu qarşıdurmada zərbə almadı, əksinə, bütün sahələrdə inkişaf və tərəqqi etdi.

İslam İnqilabının Böyük Rəhbəri ölkə səviyyəsində Quran qiraətçisi və hafizi olan minlərlə yeniyetmənin və gəncin yetişdirilməsini, ölkənin mənəvi irəliləyişlərinin bir nümunəsi adlandırıb və əlavə ediblər ki: Maddi istiqamətlərdə də ölkə inkişaf edib, Gənclər tərəfindən müxtəlif və böyük işlər görülüb. Pərvərdigara təvəkküllə əldə olunan bu irəliləyişlər xalqın öz qənaətbəxş və yüksək nöqtəsinə çatmasınadək davam edəcək.