Yeni nəsil Bavər 373 raket kompleksinin görüntüləri yayıldı
Fev 05, 2025 15:58 Asia/Baku
İslam Respublikası Ordusunun hava hücumundan müdafiə manevrinin son mərhələsində Bavər 373 sisteminin yeni nəsli ilk dəfə olaraq nümayiş etdirilib.
Yeni kompleksin bu gün yayılan görüntülərinə görə, Bavər sisteminin buraxılış qurğuları hədəfi aşkarlama və atəşə nəzarət radarı ilə təchiz edilib.
Beləki, ilkin versiyada radarı olmayan və hədəfləri aşkarlamaq və məhv etmək üçün mərkəzi radara söykənən Bavər raket kompleksinin bu mərhələdən sonra artıq müstəqil fəaliyyət göstərəcəyini söyləmək olar.
Həmçinin, hər bir Bavər 373-2 raketi 6 Telar buraxılış qurğusu (radarla təchiz olunmuş raket platforması) ilə birlikdə aşkarlama radarından ibarətdir və çox güman ki, hər bir buraxılış qurğusu düşmənin hədəflərini müstəqil şəkildə vura biləcək.