Fev 07, 2025 16:01 Asia/Baku
  • İran İslam Respublikasının doktrinasında nüvə silahına yer yoxdur

İran İslam Respublikası Prezidenti deyib: “Biz nüvə silahı ardınca deyilik. Bu, İslam İnqilabının Ali Rəhbərinin fitvasıdır. Hətta bu ölkədə iddiaçılar da bizi nüvə silahına tərəf apara bilməzlər, çünki İran İslam Respublikasının doktrinasında günahsız insanların qətliamı qəti şəkildə qəbuledilməzdir.”

Məsud Pezeşkiyan İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibəti ilə dünən Zirvə Zalında 100-dən çox ölkənin Tehrandakı səfirləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən "Salam Səfirlər" mərasimində müxtəlif ölkələrin səfirləri və nümayəndələrinin iştirakının cəmiyyətin, regionun və dünya sülhü problemlərinin həllinə zəmin yarada biləcəyinə ümidvar olduğunu bildirib.

Prezident deyib: “İslam İnqilabı ilə biz ayrı-seçkiliyi və ədalətsizliyi aradan qaldırmağa çalışdıq. Etniklərə, cinslərə, cəmiyyətə ayrı-seçkilik münasibətini qəbul etmirdik və İslam İnqilabına əsaslanaraq bu ölkədə respublika quruldu.”

Prezident sonra deyib: “İslam İnqilabı əvvəldən terrorun qurbanı olub. Müstəqilliyimizi sevməyənlər tərəfindən ən çox siyasi, din və mədəniyyət xadimlərimiz terrora məruz qaldılar. Bizim Prezidenti, millət vəkillərimizi, cümə imamlarımızı şəhid etdilər. Təəssüf ki, terror ünsürlərini dəstəkləyən eyni adamlar bizə terrorçu damğası vurdular.”

Doktor Pezeşkiyan çıxışının davamında deyib: “İnqilabdan bir neçə səhər keçməmişdi ki, bizə qarşı müharibə tətbiq etdilər. Bu müharibədə əksər hökumətlər düşmənimizi dəstəklədilər. Amma sevimli xalqımızın iman və əqidəsi səbəb oldu ki, boş əl ilə düşmən qarşısında duruş gətirə bildik, onları torpağımızdan qovduq. Biz müharibə və ya münaqişə ardınca deyilik.”

Prezident/ andiçmə mərasimi gecəsi İsmayıl Həniyyənin terror edilməsinə toxunaraq deyib: “Ondan sonra bizə problem yaratdılar. Halbuki, əvvəldən bizim şüarımız dostluq, qardaşlıq, başqalarına kömək etmək olub. Amma ədalətsiz dünyanın mediası bizi hər gün regionda iğtişaşların səbəbkarı kimi qələmə verir. Onlar insan haqlarından danışırlar, amma dünyanın gözü qarşısında Qəzzədə on dörd minə yaxın uşağı öldürdülər, qadınları öldürdülər, xəstəxanaları dağıtdılar.”

“Bu necə insan haqlarıdır ki, uşaqları torpaq qalaqları altında basdırır?” sualını ortaya qoyan Prezident deyib: “Təəssüf ki, dünya susdu və əgər danışdısa da, aranın boş qalmaması üçün istifadə edilən diplomatik sözlər idi. Niyə oyaq vicdanlar susur və bəzən dəstək olurlar? Üstəlik, İran İslam Respublikasının regional təhlükəsizliyi pozduğunu iddia edirlər. Halbuki biz nüvə silahı ardınca deyilik.”