Fev 07, 2025 13:09 Asia/Baku
  • Amerika ilə müzakirə sayıqcasına, aqilanə və şərəfli deyildir

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası Ordusunun hava və hava hücumundan müdafiə qüvvələrinin komandirləri və işçilərindən bir qrupu ilə görüşdə deyiblər ki, Amerika ilə müzakirə sayıqcasına, aqilanə və şərəfli deyildir.

İran İslam Respublikası Ordusunun hava və hava hücumundan müdafiə qüvvələrinin komandirləri və işçilərindən bir qrupu bu gün səhər Silahlı Qüvvələrin Ali Baş Komandanı ilə görüşüb. Görüş, Fəcr ongünlüyü və şah rejiminin hava qüvvələrinin texniki heyətinin bir qrupunun 1979-cu il fevralın səkkizində Həzrət İmam Xomeyni(r.ə.) ilə tarixi beyətinin ildönümü günü münasibətilə, hər ildə olduğu kimi, keçirilib.

İslam İnqilabının Böyük Rəhbəri İmam Xamenei bildiriblər ki, Amerika hökuməti ilə müzakirə aparılmamalıdır. O həzrət əlavə ediblər: Biz doxsanıncı günəş onilliyində təqribən iki il Amerika və bir neçə ölkə ilə müzakirə apardıq, müahidələr təşkil olundu, amma amerikalılar elə həmin müahidəyə əməl etmədilər və hazırda iş başında olan şəxs onu cırdı və ona əməl etmədi.

İnqilab Rəhbəri sonra belə deyiblər: Amerikalılar oturublar, kağız üzərində dünya xəritəsini dəyişməklə məşğuldurlar. Əlbəttə ki, yalnız kağız üzərindədir və heç bir gerçəkliyii yoxdur.

İmam Xamenei daha sonra belə qeyd ediblər: Bizim barəmizdə də fikir bildirir, söz deyir, təhdid edirlər. Əgər bizi təhdid edərlərsə, biz də onları təhdid edərik. Əgər bu təhdidi həyata keçirərlərsə, biz də təhdidimizi həyata keçirərik. Əgər xalqımızın təhlükəsizliyinə təcavüz edərlərsə, biz də onların təhlükəsizliklərinə təcavüz edərik.

Xəbərin mükəmməl forması sonradan təqdim olunacaq.