Bəqayi: Amerika beynəlxalq qurumları hədəfə alıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "Amerikanın öz daxili qanunlarını sərhədlərinin xaricində tətbiq etmək aludəçiliyi hazırda beynəlxalq qurumları hədəf alıb".
İsmayıl Bəqayi özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb: "İsrailin iyrənc cinayətlərini araşdırdığı üçün Beynəlxalq Cinayət Məhkəməsinin sanksiyalara məruz qalması Fələstinin "müstəmləkəçiliyə bənzər məhvi" məqsədi ilə hər cür cinayəti törədən işğalçı və irqçi bir rejimlə Amerikanın ortaqlığının və sövdələşməsinin uzun tarixində misli görünməmiş alçaq hərəkətdir".
O qeyd edib ki, Haaqa Məhkəməsinə qarşı sanksiyaların tətbiqi İsrailə tam toxunulmazlıq vermək və daha çox cinayət törətmək və beynəlxalq sülh və təhlükəsizliyi təhdid etmək üçün icazə vermək məqsədi ilə səlahiyyətdən kobud şəkildə sui-istifadənin əsl nümunəsidir".
"Beynəlxalq ictimaiyyət bu təhlükədən agah olmalı və buna uyğun hərəkət etməlidir", - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.