Fev 08, 2025 17:20 Asia/Baku
  • İslam İnqilabının Ali Məqamlı Rəhbəri buyurublar: Qəzzə xalqı əslində ABŞ üzərində qələbə qazand

Bu gün səhər Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın Rəhbərlik Şurasının sədri və üzvləri İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşüblər.

Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə Qəzzə şəhidlərinin və şəhid liderlərin, xüsusilə də şəhid İsmayıl Həniyyənin xatirəsini yad edərək, HƏMAS rəhbərlərinə xitabən buyurublar: "Allah-taala sizə və Qəzzə xalqına izzət və zəfər bəxş etdi və Qəzzəni “Neçə dəfə olub ki, kiçik bir dəstə Allahın izni ilə böyük və güclü bir dəstəyə qalib gəlib” deyən əzəmətli ayənin nümunəsi qərar verdi. 

Ali Məqamlı Rəhbər davamında vurğulayıblar: "Siz sionist rejimə və əslində ABŞ-a qalib gəldiniz və Allahın lütfü ilə onların heç bir məqsədlərinə çatmasına imkan vermədiniz”.

Həzrət Ayətullahül-üzma Xamenei Qəzzə xalqının bir il yarım müqavimət ərzində çəkdiyi əzablara toxunaraq, əlavə ediblər: "Bütün bu əzab-əziyyət və bahaların nəticəsi yekunda haqqın batil üzərində qələbəsi oldu. Qəzzə xalqı müqavimətə sadiq olan hər kəs üçün nümunə oldu.”

O Həzrət imanı düşmənə qarşı müqavimət cəbhəsinin əsas amili və “asimmetrik silahı” kimi xarakterizə ediblər və buyurublar: "Məhz bu iman sayəsində İslam Respublikası və müqavimət cəbhəsi düşmənlər qarşısında özünü zəif hiss etmir". 

Ali Məqamlı Rəhbər ABŞ-ın İran İslam Respublikası və xalqına qarşı son təhdidlərinə toxunaraq, vurğulayıblar: "Bu cür təhdidlərin millətimizin və rəsmilərimizin, eləcə də ölkənin fəalları və gənclərinin mentalitetinə heç bir təsiri yoxdur". 

O Həzrət qeyd ediblər ki, Fələstini müdafiə etmək və Fələstin xalqını dəstəkləmək barədə İran xalqının zehnində heç bir sual yoxdur və bu məsələ “həll edilmiş” məsələdir.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri son qələbənin Fələstin xalqına məxsus olduğunu vurğulayaraq, buyurublar: "Allahın lütfü ilə o gün gələcək ki, siz hamınız başıucalıqla Qüds məsələsini İslam dünyası üçün həll etmiş olacaqsınız və o, gün mütləq baş verəcək".