Fev 10, 2025 15:03 Asia/Baku
  • İran və Qambiya xarici işlər nazirləri Fələstin haqda danışıblar

İran xarici işlər naziri dünən gecə ölkəsi İslam Əməkdaşlığı Təşkilatının dövri sədri olan Qambiyanın xarici işlər naziri Məmduh Tanqara ilə işğal olunmuş Fələstin və Qəzzədəki son olaylar barədə söhbət edib, fikir mübadiləsi aparıb.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas İraqçı Qambiyanın xarici işlər naziri Məmduh Tanqara ilə telefon söhbətində fələstinlilərin öz ana diyarlarından çıxarılmaları və Qəzzənin etnik təmizlənməsi üzrə təhlükəli və cinayətkarcasına olan amerikan-sionist fitnəsini pisləyib. O, insanlığa sığmayan bu planı bütün beynəlxalq prinsip və qanunlara zidd adlandırıb və dünya ictimaiyyətinin onunla qətiyyətli müxalifətinin zərurilyini vurğulayıb.

İslami və ərəb ölkələrinin xarici işlər nazirləri, eləcə də İslam Əməkdaşlığı Təşkilatının baş katibi ilə aparılmış məşvərətlərə toxunan Seyid Abbas İraqçı Qambiyanın bu təşkiiatın dövrü sədri qismində sözügedən təşkilatın xarici işlər nazirlərinin Qəzzə barədə növbədənkənar iclasının mümkün olan tez bir zamanda keçirilməsi üçün səy göstərməsini istəyib.

Qambiyanın xarici işlər naziri Məmduh Tanqara da öncə Fələstin məsələsinə diqqət yetirdiyinə görə, İran İslam Respublikasına təşəkkür edib. O, sonra İran xarici işlər nazirinin İslam Əməkdaşlığı Təşkilatının xarici işlər nazirlərinin növbədənkənar iclasının keçirilməsi üzrə təklifini rəğbətlə qarşılayıb.

Məmduh Tanqara bu barədə İslam Əməkdaşlığı Təşkilatına üzv olan digər ölkələrlə məşvərət edəcəyini bildirib.