Fev 12, 2025 16:21 Asia/Baku
  •  İran Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi

İran Xarici işlər naziri Türkmənistanlı həmkarı ilə mətbuat konfransında: Dünən və bu gün iqtisadi sahələrdə intensiv danışıqlar aparıldı.

Biz regional məsələlərlə bağlı müzakirələr apardıq. Həmçinin Fələstin və Qəzzə ilə bağlı da müzakirələr apardıq və Fələstin xalqını dəstəkləmək və Qəzzə xalqının məcburi köçürülməsi planlarına qarşı çıxmaq mövqeyimiz ortaqdır.

Mərdof: Bu günkü məsləhətləşmələr dostluq və qarşılıqlı hörmət fonunda keçirildi. İkitərəfli məsələlər müzakirə edildi.

İran tərəfinə bizim təşəbbüslərimizi dəstəklədiyi üçün təşəkkür edirik. 2025-ci il Türkmənistan tərəfindən sülh və razılaşma ili elan edilib və İranın bu təşəbbüsü dəstəklədiyi üçün təşəkkürümüzü bildiririk.

Xəzər dənizi ilə bağlı danışıqlar apardıq. Su məsələlərini müzakirə etdik və bunun əhəmiyyətli bir mövzu olduğunu vurğuladıq.

İran və Türkmənistanın su məsələsinin həlli üçün əməkdaşlığı zəruridir və biz bu barədə əməkdaşlığa davam etmək barədə razılığa gəldik. Yaxın gələcəkdə İqtisadi Birgə Komissiya toplantısını keçirmək barədə razılığa gəldik.