Fev 14, 2025 16:40 Asia/Baku

Flamenko gitar solo ifası, İspaniya musiqisində ən çətin ifalardan biridir və ifaçı çox bacarıqlı olmalıdır ki, yüksək bacarığı ilə solo ifa edə bilsin. Ölkəmin musiqisini tanıdığım üçün deyə bilərəm ki, Kasarasın ifası möhtəşəm idi və Fəcr festivalının təşkilatçılarına təbrik demək istəyirəm və onu dəvət etdikləri üçün çox şadam.

Fəcr musiqi festivalı çox yaxşı idi və mən gördüm ki, çox sayda insan ölkəmin məşhur gitaristinin ifasından zövq alır və hətta bəziləri ispan dilində danışırdılar. İspaniya musiqisinin İranda bu qədər yüksək səviyyədə tanınmasını gözləmirdim.İranın müxtəlif bölgələrindəki musiqi və musiqiçiləri barədə bir az məlumatım var. Çünki İran çox böyük və zəngin mədəniyyətə malik bir ölkədir və hər yerdə geniş və fərqli ənənələri var və mən hələ də öyrənirəm. Ümid edirəm ki, bu illərdə sizin qonağınız olduğum müddətcə bu zəngin mədəniyyəti öz xalqıma tanımaqda mənim də bir payım olacaq.