Fev 16, 2025 12:11 Asia/Baku
  • İran və Livanın XİN başçıları uçuşlar məsələsini müzakirə ediblər

İranın xarici işlər naziri Seyid Abbas İraqçi livanlı həmkarı ilə telefon danışığında iki ölkə arasında uçuşlar məsələsinin həlli ilə bağlı fikir mübadiləsi aparıb.

Seyid Abbas İraqçi şənbə günü Livanın xarici işlər naziri Yusif Raci ilə telefon danışığı zamanı ikitərəfli əlaqələr və regiondakı hadisələri müzakirə edib və fikir mübadiləsi aparıblar.İraqçi Racini Livanın xarici işlər naziri seçilməsi münasibətilə təbrik edib, ona və Livanda yeni hökumətə uğurlar arzulayıb.Hər iki tərəf Tehran və Beyrut arasında bütün siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə əlaqələrin iki xalqın və ölkənin mənafeyinə uyğun və qarşılıqlı hörmət əsasında genişləndirilməsinin vacibliyini vurğulayıblar.Telefon danışığında müzakirə olunan məsələlərdən biri də iki ölkə arasında sərnişin reyslərində yaranmış problemin aradan qaldırılması yolları olub və tərəflər bu mövzuda xoş niyyətlə konstruktiv danışıqlara hazır olduqlarını vurğulayıblar.