Fev 16, 2025 14:23 Asia/Baku
  • İran və Qazaxıstan arasında iqtisadi mübadilələr artacaq

İranın sənaye, mədən və ticarət naziri Tehran və Astana arasında iqtisadi və ticarət mübadilələrinin 3 milyard dollara qədər artacağını bildirərək, deyib: "Avrasiya İqtisadi Birliyinin ticarət sazişini iki ölkənin tacirləri və iş adamları arasında banklararası mübadilələri asanlaşdıracaq".

Seyid Məhəmməd Ətabək Qazaxıstanın ticarət və inteqrasiya naziri, Qazaxıstanın Tehrandakı səfiri və onu müşayiət edən ticarət və iqtisadi nümayəndə heyəti ilə görüş və məsləhətləşmələrdə deyib: "İran və Qazaxıstanın uzun müddətli iqtisadi və ticarət göstəriciləri iki ölkə arasında mübadilələrin həcminə uyğun deyil".O, bu xüsusda əlavə edib: "İki ölkənin yüksək vəzifəli rəsmiləri mübadilələrin həcminin Tehran və Astananın sənaye və iqtisadi imkanlarına uyğun olaraq, artırılmasını vurğulayırlar və iki ölkə üçün ticarət həcminin 3 milyard dollar olacağı proqnozu reallaşa bilər".İranın sənaye, mədən və ticarət naziri qeyd edib ki, qarşılıqlı əlaqələrdə əsas problem iki ölkə arasında bank maneələrinin mövcudluğudur ki, bu da, Avrasiya İqtisadi İttifaqı razılaşmasına əsasən aradan qaldırılacaq.