Fev 18, 2025 12:02 Asia/Baku
  • Iran təhdid və təzyiq dilinə dözməyəcək

İsveçrənin Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə xüsusi nümayəndəsi Volfqanq Amadeos, Maskatda keçirilən Səkkizinci Hind Okeanı Konfransının kənarında İranın xarici işlər naziri Seyid Abbas İraqçı ilə görüşüb.

İranın xarici işlər naziri İsveçrənin regionda sülh və sabitliyin gücləndirilməsinə kömək üzrə konstruktiv rolunu və göstərdiyi səyləri önəmli adlandırıb.Biz iki ölkə dialoqları və əməkdaşlıqlarının davam etməsinə təkid edirik- deyə, İraqçı bildirib.İran xarici işlər naziri həmçinin İranın üç Avropa ölkəsi ilə müzakirələrinin üç raunduna və Tehranın onu davam etdirməyə hazır olduğuna işarə edib. Vurğulayıb ki, İran İslam Respublikası təhdid və təzyiq dilinə dözməyəcək və maksimum təzyiq siyasəti qəti şəkildə uğursuz qalacaq.İsveçrənin Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə xüsusi nümayəndəsi də müxtəlif ikitərəfli və regional sahələrdə İranla dialoqların davam etdirilməsini əhəmiyytli adlandırıb. O, Tehranda ikitərəfli danışıqlar və məşvərətlərin davam etdirilməsinə hazır olduğunu bildirib.Tərəflər regional və qlobal sahələrdə ortaq maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.