Qalibaf:
ABŞ və sionizmin yeni fitnələri ifşa edildi
İslam Şurası Məclisinin sədri Bakıdakı Asiya Parlamentlər Assambleyasının toplantısında:Təəssüf ki, son aylarda sionistlər və ABŞ Livanda və Qəzzədə hərbi və strateji məğlubiyyətdən sonra boş dayanmır və regionda yeni siyasi fitnələr planlaşdırmağa çalışırlar.
ABŞ prezidentinin Qəzzənin bu ölkə tərəfindən idarə olunması və Fələstin xalqının məcburi köçürülməsi ilə bağlı son bəyanatları, müstəmləkəçi və hökmran siyasətin davam etdiyini və Fələstin xalqının hüquqlarının açıq şəkildə pozulduğunu göstərir.Belə qeyri-insani planın həyata keçirilməsi, regionun həssas təhlükəsizliyini yeni problemlər və böhranlarla qarşı-qarşıya qoyacaq. İran İslam Respublikası, Fələstin xalqının iradəsi xaricində olan hər hansı zorakı planlara qətiyyətlə qarşıdır və onu şiddətlə pisləyir.