Fev 19, 2025 13:51 Asia/Baku

General Hacızadə: Üçüncü "Sadiq vədə" Allahın izni ilə yerinə yetiriləcək / Cari vəziyyəti əldən vermək olmaz.

İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin komandanı:"Sadiq vədə"nin İlk mərhələsində, hədəf düşmənin müdafiə qalxanından keçmək idi. Bu səbəbdən, əsasən köhnə raketlərdən və uzun müddət anbarlarda qalmış silahlardan istifadə edildi.İkinci mərhələdə dəqiqlik daha mühüm idi, buna görə də dəqiq və qeyri-dəqiq silahların qarışığından istifadə edildi.

Düşmən bu hücumlarla istehsalatımızı bir ildən çox müddətə dayandırmağı hədəf almışdı. Lakin əvvəldən planlaşdırılmış tədbirlər və proqnozlar nəticəsində, istehsalat bir gün belə olsun dayandırılmadı.

Düşmənin planlarının əksinə olaraq, bu hadisə bizi nəinki dayandırmadı, əksinə məsul şəxslərin bu sahəyə daha çox diqqət yetirməsinə, büdcənin artırılmasına və istehsal qüvvələrinin motivasiyasına səbəb oldu. Nəticədə, gücümüz əvvəlki ilə müqayisədə bir neçə dəfə artdı.