Fev 23, 2025 14:32 Asia/Baku
  • Hizbullah şəhid Nəsrullahın sayəsində müqaviməti Livanda möhkəmləndirdi.

"Məhəmməd Fətəli" İran Xarici İşlər Nazirliyinin maliyyə və inzibati işlər üzrə müavini və Livandakı keçmiş səfiri bu gün bazar günü, 23 Fevral 2025-ci ildə, yerli mətbuata müsahibəsində müqavimətin ayrılmaz bir sistem olduğunu və bunun bir fikir və məktəb olduğunu ifadə edib. O bildirib ki, bu gün müqavimətin bütün üzvləri bir yerdədirlər və biz İran İslam Respublikası olaraq, müqavimət məktəbinin müdafiəçilərindən biri kimi, hər zaman öz rolumuzu yaxşı oynamaq üçün çalışmışıq.

Xarici işlər nazirinin maliyyə və inzibati işlər üzrə müavini qeyd edib ki, Hizbullahın Şəhid baş katibi müqavimət hərəkatını layiqincə idarə etdi. O bildirdi ki, bu gün bütün livanlılar inanır ki, Hizbullah hüquqi yolla müqaviməti və varlığını Livanda möhkəmləndirməyə nail olmuşdur. Bu böyük insanın itkisi bizdə böyük təəssüf hissi yaratsa da, fəxrlə deyə bilərik ki, onun həyatı və fikri hər zaman davam edəcək.