Şəhid S.H.Nəsrullah region gənclərində sayıqlığı oyatdı
İslam İnqilabının Böyük Rəhbərinin müşaviri və quruluşun məsləhət şurasının üzvü Əli Laricani vurğulayıb ki, Şəhid Seyid Həsən Nəsrullah region gənclərində agahlıq və sayıqlığı oyatdı. O, bir müsəlman siyasətçi səviyyəsində idi.
Laricani şənbə günü gecə verdiyi müsahibədə sonra belə söyləyib: Şəhid Nəsrullah çox ədalətli bir şəxs idi. O, başqalarına dəyər verirdi. Onda heç vaxt mütləqiyyət və qrup meyllilik görmədim. Yəni, o, ən möhtəşəm müqavimət qüvvəsi yaratmasına rəğmən, başqalarına da dəyər verirdi; misal üçün, general Aun-la vəhdət yaratmışdı.
Şəhid Nəsrullah əxlaqlı şəxs idi- deyən Laricani, söyləyib: Mən onunla bəlkə də iyirmidən çox// üç, beş və ya altı saatlıq görüşlər keçirmişəm. Amma onun da düşmənləri olan şəxslər barədə hörmətsizlik etməsini görmədim. O, həmin şəxsləri hörmətlə tənqid edirdi.
Laricani əlavə edib: Şəhid Nəsrullah çox yetkin, təcrübəli və bir müsəlman siyasətçi səviyyəsində idi.
Şəhid Seyid Həsən Nəsrullahın möhtəşəm şəkildə müşayiət olunmasının şahidi olacağıq- deyən Əli Laricani vurğulayıbdır ki, Şəhid Seyid Həsən Nəsrullah hamı tərəfindən xüsusi sevgi ilə qarşılanırdı; o, çox böyük bir şəxs idi.
Laricani sonra belə deyib: O, bəşəriyyəti zülm, əzab və qaranlıqdan xilas etmək yolunda canını verən şəxsiyyətlərdən biri idi.