Ali Məqamlı Rəhbərin proqnozu özünü doğrultdu
“Qərbin oyuncaq hökumətlərə dəstəyi real deyil”
Ali Məqamlı Rəhbərin Ukrayna dərsi ilə bağlı üç il əvvəl etdiyi xəbərdarlıq və ABŞ-a arxalanan ölkələri xitab etməsi yenidən o həzrətin X sosial şəbəkəsindəki hesabından paylaşılıb.
İslam İnqilabının Müəzzəm Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei həmin tvittdə Ukraynadakı vəziyyətə və Qərb dövlətlərinin asılı hökumətlərə formal dəstəyinə toxunaraq, bunu ilğım kimi xarakterizə edib. Mesaj 3 il əvvəl 1 mart 2022-ci ildə fars və ukrayna dillərində dərc olunub və İnqilab Rəhbərinin Qərb güclərindən asılılığın nəticələrindən narahatlığı açıq şəkildə ifadə edilib.
Müşahidəçilərin fikrincə bu xəbərdarlıq Qərb güclərindən asılı olan ölkələrin son olaylardan, konkret olaraq Ukrayna prezidentinin Ağ Ev-də təhqir edilməsindən nəticə çıxarması üçün olduqca əhəmiyyətlidir və analitiklərə, eləcə də siyasətçilərə keçmiş təcrübələrdən ibrət almağa və xarici güclərdən asılılıqdan xilas olmağa kömək edə bilər.
İslam İnqilabının Rəhbəri vurğulayıblar ki, Qərb dövlətlərinin oyuncaq hökumətlərə dəstəyi real deyil.
Əslində Həzrət Ayətullahül-üzma Xamenei ABŞ və Avropaya güvənən ölkələrə Ukraynadakı vəziyyəti görməyi tövsiyə edib.
Bu xəbərdarlıq Ukraynada gərginliyin davam etdiyi indiki vəziyyətdə xüsusilə vacibdir və dünya ölkələrinin xarici siyasətində strateji təhlil kimi dəyərləndirilə bilər.