Mart 02, 2025 14:32 Asia/Baku
  • Təxte-Rəvançi: İranın xarici siyasətində qonşu ölkələrin xüsusi yeri var

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxte-Rəvançi deyib: "İranın xarici siyasətində qonşu ölkələrin xüsusi yeri var və biz dostluq və əməkdaşlıq vasitəsilə regionumuz üçün daha yaxşı və firavan gələcək qura bilərik".

Məcid Təxte-Rəvançi X platformasında BƏƏ rəsmiləri ilə keçirdiyi görüşlərə toxunaraq, yazıb: "Mən bu yaxınlarda Əbu-Dabidən qayıtdım və iki ölkə arasında siyasi məsləhətləşmələrin birinci raundu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin köməkçisi Lana Nusseybə və digər rəsmilərlə səmərəli görüşlər keçirdim".

O, əlavə edib: "Hər iki tərəf bütün görüşlərdə, xüsusən də iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını nümayiş etdirdilər".

Qeyd edək ki, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Məcid Təxte-Rəvançi İran-Birləşmiş Ərəb Əmirlikləri Siyasi Məşvərət Komitəsində iştirak etmək üçün Əbu-Dabiyə səfər etmişdi.